Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi

about1

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Reaksiya TV» internet televiziyasının ofisində iyulun 10-da baş vermiş insidentlə bağlı Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Belə ki, «Reaksiya TV»nin rəhbəri Zaur Qəriboğlu Mətbuat Şurasına müraciət edərək bildirib ki, həmin gün özlərini Nadir və Namiq kimi təqdim edən iki nəfər redaksiyaya gələrək onu təhdid ediblər.

Həmin məsələ ilə bağlı Baş Prokurora ünvanlanan müraciətdə Zaur Qəriboğlunun üzləşdiyi durumun ətraflı araşdırılacağına və baş vermiş hadisənin müvafiq huquqi qiymət alacağına əminlik ifadə olunur.

12.07.2019