Mətbuat Şurası ilə Neft Fondunun birgə müsabiqə elanı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.
Müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:
- Təbii sərvətlərdən əldə edilən gəlirlərin effektiv idarə edilməsinin makroiqtisadi inkişafa təsiri;
- Ölkənin suveren fondu olaraq ARDNF-nin investisiya fəaliyyətinin təkamülü və gələcəyə baxış;
- ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi.
Mükafatlandırma
I yer - 1 nəfər - 1000 manat
II yer - 1 nəfər - 800 manat
III yer - 1 nəfər - 500 manat
Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat
Müsabiqə mükafatçılarının adları 29 iyul 2024-cü ilədək açıqlanacaqdır.
Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcəkdir:
- Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə;
- Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
- Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
- İfadə vasitələrinin zənginliyinə;
- Oxucu üçün informasiyalılıq dərəcəsinə;
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 22 iyun 2024-cü il tarixindən 20 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaqdır.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Qeyd 1: Yazıda “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd 2: Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media orqanında yayımlanmalıdır.
Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
- Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev, iş telefonu və mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi,
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimat göndərişində yer almalıdır:
- Müsabiqə yazısı ("Word" faylında, imzasız);
- Müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
- Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
- Yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud "Word" faylında);
- Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında).
Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 22 iyun 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixinədək saat 17.00-dək qəbul ediləcək.
Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.
Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.
Qeyd 3: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (+994 12) 441 35 96; (+994 50) 242 09 91; (+994 55) 789 85 03.