NTK

Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyası Şuranın seçkili orqanıdır.

Bu orqan Azərbaycan jurnalistlərinin qurultayında seçilir. Onun tərkibi 1 sədr, 1 katib və 3 üzv olmaqla 5 nəfərdən ibarətdir. Tərkibin səlahiyyət müddəti 4 ildir.

Nəzarət-Təftiş Komissiyası Şuranın  Nizamnaməsinin 5.8 və 5.9-cu bəndlərinə uyğun olaraq fəaliyyətdədir. NTK MŞ-nin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Şuranın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK-nın say və tərkibi Qurultay tərəfindən müəyyən edilir.

NTK-nın tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Rey Kərimoğlu - sədr

Tahir Rüstəmov - üzv;

Elşən Əliyev - üzv;

Ələsgər Süleymanov - üzv;

Nadir İsmayılov - katib.