Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının Əsasnaməsi

Bu Əsasnamə Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının (bundan sonra «Komissiya» adlanır) statusunu  və  iş  qaydalarını    müəyyən edir. 

 

I. Ümumi  müddəalar

1.1.Komissiya Mətbuat  Şurası ilə  dövlət  qurumları arasında razılaşmaya əsasən yaradılır.

1.2.Komissiyanın  tərkibinə   Mətbuat  Şurasının, Azərbaycan  Respublikası Baş Prokurorluğunun,  Daxili  İşlər   və  Ədliyyə  nazirliklərinin  nümayəndələri  daxil  edilir.

1.3.Komissiya  Mətbuat  Şurasının  səlahiyyət  müddətinə  təşkil  olunur.

1.3.Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının  Konstitusiyasını, «KİV  haqqında» Azərbaycan Respublikası  Qanununu, digər normativ-hüquqi aktları,    insan  hüquqları,   söz və mətbuat  azadlıqları  haqqında  beynəlxalq  konvensiyaları     rəhbər  tutur. 

 

II. Komissiyanın  səlahiyyətləri

2.1.Komissiya mətbuatla dövlət qurumları arasında yaranmış problemləri, jurnalistlərin hüquqlarının dövlət orqanı və nümayəndələri tərəfindən pozulması barədə müraciətlərini  araşdırır, bu məsələlər üzrə  təklif  və  qərarlar  verir.

2.2.Komissiya ölkə mətbuatında insan  hüquqları, o sıradan insanların şərəf  və  ləyaqətinin  qorunması  sahəsində  vəziyyətlə  tanış  olur və  ictimaiyyəti, eləcə də  uyğun dövlət qurumlarını məlumatlandırır;2.3.Komissiya zəruri hallarda  digər dövlət  qurumlarının da nümayəndələriniöz işinə cəlb edə bilər.

 

III. Komissiyanın fəaliyyəti

3.1.Komissiyanın fəaliyyətini komissiyaya daxil olan üzvlərin birgə toplantısında səsvermə yolu ilə seçilmiş koordinator həyata keçirir.

3.2.Komissiyanın iclasları ayda bir dəfədən gec olmayaraq çağırılır, konkret şəraitdə isə növbədənkənar iclas çağrıla bilər. Komissiya üzvərinin 2/3-hissəsi istirak etdikdə iclaslar keçərlidir.

3.3.Komissiyada qərarlar adi səs çoxluğu ilə qəbul edilir.3.4.Komissiyanın iclasları protokollaşdırılır.

 

IV.Komissiyanın koordinatorunun vəzifələri

4.1.Komissyanın fəaliyyətini təşkil edir.

4.2.Kütləvi-informasiya vasitələrinə Komissiyanın iclasları barədə  Komissiyanın müəyyən etdiyi qaydada məlumat verir.

 

V.Yekun müddəalar

5.1.Bu Əsasnaməyə əlavə və dəyişikliklər komissiya üzvlərinin qərarı ilə edilə bilər.

 

Bakı şəhəri  17 fevral 2004-cü il