Komissiyalar

Azərbaycan Mətbuat Şurasının başlıca komissiyası Şikayətlər üzrə Komissiyadır. Komissiyanın fəaliyyəti Şuranın Nizamnaməsinin 4.29-cu, 4.29.1-ci bəndləri ilə tənzimlənir.

Komissiyanın tərkibi Şuranın İdarə Heyətinin üzvlərindən ibarət olur.

Şikayətlər üzrə Komissiya mətbuatın fəaliyyətinə dair şikayətlərin araşdırılması və İdarə Heyətinin  müzakirəsinə hazırlanması üçün İdarə Heyəti  üzvlərinin iştirakı ilə yaradılır. Komissiyaya üzvlük Nizamnamənin 3-cü hissəsinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:

Komissiya sədrdən və 8 üzvdən ibarət olur. Şuranın sədri eyni zamanda komissiyanın sədri və ya üzvü ola bilməz. Komissiyanın işinə Şuranın İdarə Heyəti üzvlərindən seçilmiş sədr müavinləri növbə ilə rəhbərlik edirlər.

Komissiyanın üzvləri üç nəfər jurnalistdən, üç nəfər ictimaiyyət nümayəndəsindən, 2 nəfər internet portalların nümayəndəsindən olmaqla iki illik müddətə seçilir. Üçüncü il komissiyanın üzvləri tam tərkibdə dəyişdirilir və bu yolla sədr istisna olmaqla İdarə Heyətinin bütün üzvlərinə komissiyanın fəaliyyətində bilavasitə iştirak etmək imkanı yaradılır.