MŞ İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Özbəkistanda görüşlər keçirib

about1

Özbəkistanda səfərdə olan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bu ölkənin ən tannınmış media qurumlalarını ziyarət edib. 

H.Heydərli Özbəkistanın M5 TV, Sevimli TV, Darakci.uz, Daryo.uz və digər kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. 

Görüşlərdə Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

MŞ İdarə Heyətinin üzvü Özbəkistan mediasına müsahibəsində Azərbaycan həqiqətləri haqqında danışıb və iki ölkənin dostluğunu və qardaşlığını vurğulayan məqamlara diqqət çəkib.

Hacıbəy Heydərli, eyni zamanda, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini ziyarət edib və universitetin rektoru, Beynəlxalq Press Klubun rəhbəri Şöhrət Kudratxocayev ilə görüşüb.

28.04.2023