Mətbuat Şurasının birgə təşkilatçılığı: media təmsilçiləri ağacəkmə askiyasına qatılıblar

about1

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirinə media nümayəndələri də qoşulublar. Bu münasibətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə növbəti aksiya keçirilib.

Abşeron rayonunun Müşfiqabad qəsəbəsində reallaşmış tədbirdə sözügedən qurumların, media subyektlərinin rəhbərləri və jurnalistlər iştirak ediblər. Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyası Ulu Öndər Heydər Əliyevin təbiətə, yaşıllıqlara qayğısını təbliğ etməklə, onun əziz xatirəsinə ehtiramın nümunəsi kimi yadda qalıb.

27.04.2023