MŞ İdarə Heyətinin üzvləri Qars Qəzetəcilər Cəmiyyətində olublar
Mətbuat Şurası İdarə Həyətinin üzvləri Elçin Mirzəbəyli və Bəhruz Məmmədzadə Azərbaycan nümayəndə heyətinin Türkiyənin Qars və İğdır bölgəsinə səfəri çərçivəsində Qars Jurnalistlər Cəmiyyətində olublar. Cəmiyyətdə keçirilən görüş zamanı region mediasının vəziyyəti və Azərbaycan Mətbuat Şurası ilə Qars Qəzetəcilər Cəmiyyəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Cəmiyyətin sədri Ercüment Daşdelen rəhbərlik etdiyi qurumun Azərbaycan Mətbuatın Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşdə qərara alınıb ki, iki qurum arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı müvafiq işlər görülsün.
Qeyd edək ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, millət vəkili Müşfiq Cəfərov, "Türküstan" Media Qrupunun rəhbəri Aqil Camal da iştirak ediblər. Onlar Türkiyə və Azərbaycan mediasının əlaqələrinin daha da genişləndirilməsinin vacibliyindən söz açıblar.