Mətbuat Şurasının komissiya üzvləri KKTC-nin Bakıdakı nümayəndəsi ilə görüşüblər

about1

Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının üzvləri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC)  Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer ilə görüşüblər. Sədr Müşfiq Ələsgərli rəhbərlik etdiyi komissiyasının fəaliyyəti və qarşıdakı prioritetləri barədə məlumat verib. Komissiyanın üzvləri - Yadigar Məmmədli, Azər Həsrət və Aqil Ələsgər iki ölkənin media platformaları arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər. Onlar  KKTC nümayəndəliyi ilə Mətbuat Şurasının əməkdaşlığının bu sahəyə verə biləcəyi töhfələr barədə söz açıblar.

Ziyarət üçün təşəkkürünü bildirən Ufuk Turganer  təmsil etdiyi diplomatik missiyasının media ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib. O, nümayəndəliklə Mətbuat Şurası, həmçinin, ölkənin media qurumları arasında əməkdaşlığın sağlam təməllər üzərində qurulduğunu, ümumi maraqlara uyğun olduğunu vurğulayıb.

Ufuk Turganer, eyni zamanda, əməkdaşlığın inkişafı üçün təkliflərini səsləndirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

12.04.2023