Mətbuat Şurasının və BDU-nun Jurnalistika fakültəsinin təşkilatçılığı ilə kitabların təqdimatı keçirildi

about1

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublunun yeni nəşr edilmiş “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimatı keçirilib.

Fakültənin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev qonaqları salamlayıb, professor Nəsiman Yaqublunun nəşr etdiyi kitablarla bağlı əsas məqamları diqqətə çatdırıb və sözü alimə verib.

Professor Nəsiman Yaqublu bildirib ki, “Şuşa ziyalıları: unudulmuş irs” kitabında Əhməd  bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Hilal Münşi kimi görkəmli ziyalıların yazıları toplanıb. “Azərbaycan mətbuatı: gizli nəşrlər”  kitabında isə ilk dəfə olaraq çar Rusiyası və sovet rejimi dövründə qadağan edilmiş Azərbaycan mətbuatı nümunələri ( qəzetlər, jurnallar, kitablar) oxuculara təqdim olunur.

Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və İdarə Heyətinin üzvləri, tanınmış ziyalılar,  tədqiqatçılar,  jurnalistlər, müəllim-tələbə heyəti iştirak edib.

Çıxış edən qonaqlar tarixi arxiv materialları əsasında işlənmiş bu kitabların mətbuat tarixinin inkişafındakı önəmindən bəhs ediblər.

Tədbir tələbələrin ünvanladığı sualların cavablandırılması ilə yekunlaşıb.

Mənbə: BDU-nun saytı

12.04.2023