Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurası yazı müsabiqəsi elan edir


 

 

 


 

MÜSABİQƏ ELANI
 

I. Ümumi müddəalar

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurası 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edir.
 

II. Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat (hər biri)

III yer - 3 nəfər - 600 manat (hər biri)

Həvəsləndirici mükafat – 6 nəfər (hər biri) – 150 manat

Müsabiqə mükafatçılarının adları 23 iyul 2019-cu il tarixdə açıqlanacaq.
 

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

  • Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
  • Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
  • Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
  • İfadə vasitələrinin zənginliyinə;
  • Oxucu üçün informasiyalılıq dərəcəsinə;
  • Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.


Müsabiqəyə 1 iyul 2019-cu il tarixindən  15 iyul 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunurqeydi olmalıdır.

Qeyd:

Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

  • yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
  • yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  • yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
  • müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
  • materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi(nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
  • diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
  • yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
     

2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

Təqdimatda yer almalıdır:

  • Müsabiqə yazısı ("Word" faylında, imzasız);
  • Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
  • Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
  • Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
  • Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.


Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 1 iyul 2019-cu il tarixdən 16 iyul 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə:

(012) 441 35 30

(055) 201 99 26

(050) 242 09 91

01.07.2019