Ceyhun Musaoğlu
Musayev Ceyhun Musa oğlu 1975-ci il martın 5-də Zəngilan rayonunda anadan olub.
1981-1991-ci illərdə Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə oxuyub.
2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib.
Ural Federal Universitetində magistr təhsili alıb.
1997-ci ildən dövrü mətbuatda çalışır. "Günaydın", "Yeni Zaman" "Politika", "Gələcək", "Yeni Günaydın" qəzetləri ilə əməkdaşlıq edib.
1998-2010-cü illərdə "Ədalət" qəzetində Xəbərlər şöbəsinin müdiri, 2010-2014-cü illərdə baş redaktorun müavini vəzifələrində çalışıb. Paralel olaraq, redaktor kimi, 2006-2008-ci ilərdə "Alma", 2014-2017-ci illərdə "Azerfaks.az" saytı ilə əməkdaşlıq edib.
Müxtəlif tanınmış saytlarda, əsasən Azerfaks.az, Azadinform.az, Qafqazinfo.az, "Aznews.az", QHT.az, Turkustan.info, Missiya.az və digər xəbər portallarında köşə yazıları ilə çıxış edib.
2006-2008-ci illərdə "RUH" Jurnalistlərin Müdafiə Komitəsi, Azərbaycan Jurnalistlər Birliyi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Demokratik Jurnalistlər Liqasının təşkilatçılığı ilə yazılı mətbuatın monitorinqini aparan qrupun tərkibində fəaliyyət göstərib.
2008-ci ildə "Media Açarı" mükafatının publisistika janrı üzrə qalibi olub.
2011-ci ildə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyini (JEM) yaradıb.
2013-2015, 2015-2017-ci illərdə JEM-in sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafındakı xidmətlərimə görə "Tərəqqi" Medalına layiq görülüb.
Rupor.az xəbər portalı MMC-nin baş redaktorudur.
Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib.
Evlidir, bir övladı var.