Qulu Məhərrəmli

about1

Məhərrəmli Qulu Məmmədqulu oğlu 1954-ci ildə Zəngilan rayonunda anadan olub.

1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

1978-2007-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb.

1979-cu ildə kiçik redaktor işləmiş, 1981-ci ildə isə "Tədris" televiziya proqramlarının əsas redaksiya heyətində redaktor olub.

1982-ci ildə "Beynəlxalq həyat" redaksiyasının baş redaktoru təyin olunub.

1991-1995-ci illərdə "Xəbərlər" redaksiya heyətində şərhçi, şöbə müdiri müavini və şöbə müdiri vəzifəsində çalışıb.

1995-ci ildə Azərbaycan Televiziyasının siyasi müşahidəçisi təyin edilib, eyni ilin avqust ayından etibarən "Səhər" musiqi-informasiya proqramınıa rəhbərlik edib.

2007-ci ilin aprel ayında "AzTV" QSC-nin "Müəllif verilişləri və xüsusi layihələr" şöbəsinin müdiri vəzifəsində çalışıb.

2007-2015-ci illərdə «Xəzər» televiziya və radio şirkətində çalışıb.

1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1991-ci ildən BDU-da çalışır. 1998-ci ildən televiziya və radio jurnalistikası kafedarsına baş müəllim (0,5 şt.) qəbul edilib. 2002-ci ildə dosent, 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur.

2004-cü ildə "Televiziya dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.

2006-cı ildə Respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Evlidir, 2 övladı var. 

03.10.2022