Yadigar Məmmədli

about1

Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub.

1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

1985-1990-cı illərdə “Kimyasənaye” İstehsalat Birliyi radio verilişləri redaksiyasının redaktoru olub.

1989-1994-cü illərdə “Haray” qəzetinin baş redaktoru vəzifəsini tutub.

1994-2000-ci illərdə “Cümhuriyyət” qəzetinin baş redaktoru kimi çalışıb.

2005-2008, 2013-2022-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub.

2014-2017-ci illərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi işləyib.

2017-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiridir.

2000-ci ildən Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədridir.

Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

03.10.2022