Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
1979-cu ildə avqustun 5-də Ucar rayonun Lək kəndində anadan olub.
1985-1996-ci illərdə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbində təhsil alıb.
1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisası folklorşünas-mifoloqdur.
1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. "Bakı Universiteti", "Hürriyyət" qəzetləri ilə əməkdaşlıq edib.
1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışıb.
2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləyib.
2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
2004-cü ilin noyabr ayından "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis edib.
2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyini təsis edib.
2008-ci ildən etibarən "Lent.Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis edib. 2011-ci ildə "APA Servis" MMC-ni təsis edib.
Azərbaycan Jurnalistlərinin III qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.
22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb.
Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
Ailəlidir, 1 övladı var.