Aqil Ələsgər

about1

Aqil Ələsgər
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Fərəcov Aqil Ələsgər oğlu (Aqil Ələsgər) 1 fevral 1982-ci ildə anadan olub.

1998-ci ildə Bakı Dövlət Universiteti İlahiyyat fakultəsinə qəbul olunub. Təhsillə bağlı dövlətlərarası razılaşmaya uyğun olaraq 1-ci kursu Türkiyə Cümhuriyyəti İzmir şəhər 9 Eylül Universitetinin İlahiyyat fakultəsində oxuyub. 1999-2003-cü illərdə isə BDU-nun İlahiyyat fakultəsində ali təhsilini davam etdirib. 2003-cü ildə BDU İlahiyyat fakultəsini "ilahiyyatçı və ərəb dili müəllimi" ixtisası ilə tam kursu bitirib.

Elmi dərəcəsi: magistr.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Aspiranturasında oxuyub.

2006-cı ilin fevral ayının 1-dən etibarən «Yeni Çağ» ictimai-siyasi-dini qəzetinin təsisçisi və baş redaktorudur.

2007-ci ilin sentyabr ayından etibarən www.yenicag.az internet portalının rəhbəridir.

2014-cü ildə “Yeni Çağ” qəzetinin bazasında üç dildə (rus, türk və Azərbaycan) dillərində fəaliyyət göstərən “Yeni Çağ” Media Qrupunu yaradıb və “Yeni Çağ Azərbaycan” MMC-cin baş direktorudur.

2008-2010-cu illərdə Dünya Azərbaycanlıları Konqressinin Nəzarət Təftiş Komissiyasının sədri olub.

2001-ci ildən etibarən yerli və xarici KİV-də ictimai-elmi-əxlaqi-tarixi- beynəlxalq mövzularda yazılarla çıxış edir.

2004-cü ildə Azərbaycan Reportyorlar Birliyi tərəfindən “ilin reportyoru” seçilib.

2009-cu ildə Türkiyənin Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən “17- ci ilində Xocalı Soyqırımı” mövzusunda fəaliyyətinə görə, “Təşəkkürnamə” ilə mükafatlandırılıb.

 2010-cu ilin iyun ayında Türkiyə-Azərbaycan qardaşlığının inkişafındakı xidmətlərinə görə, Avrasiya Gazeteciler Derneği tərəfindən Fəxri Diplom ilə ödülləndirilib.

2015-ci ildə “Terrorun gülən üzü” kitabı nəşr olunub.

2016-cı ildə Türkiyənin “Kırmızı kedi” yayınları tərəfindən “Sessiz İşgal: Azerbaycanda FETÖ örgütlenmesi” kitabı nəşr olunub.

2018-ci ildə Türkiyənin “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzi tərəfindən “İlin araşdırmaçı yazarı” seçilib.

2019-cu ildə Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (“EkoAvrasya”) tərəfindən Türk Dünyasına xidmətlərinə görə, “Avrasiyaya Xidmət” Mükafatına layiq görülüb.

2020-ci ildə Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən azərbaycançılıq ideyalarının xaricdə təbliğinə görə, xüsusi medal ilə təltif olunub.

2021-ci ildə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən iki ölkənin media əlaqələrinin inkişafındakı xidmətlərinə görə, medal ilə təltif olunub.

2021-ci ildən Türkiyənin bütün regional TV və internet mediasını ətrafında toplayan Anadolu Yayınçılar Dərnəyinin Qafqaz təmsilçisidir.

2022-ci ildən Türk İnternet Media Birliyinin təsisçilərindən biri və Azərbaycan təmsilçisidir.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib.  

Ailəlidir, üç övladı var.

01.10.2022