Elşad Eyvazlı
Elşad Eyvazlı
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Eyvazlı Elşad Səməndər oğlu 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib.
Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır.
Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb.
2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir.
01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Saytının rəhbəridir.
2019-cu ildən mərkəzi ofisi Ankarada yerləşən və dünyanın 45 ölkəsində təmsil olunan GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatının xarici məsələlər üzrə Məclis sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elşad Eyvazlı Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.
Evlidir, iki övladı var.