Akif Aşırlı

about1

Akif Aşırlı
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.

1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib.

1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub.[

1998-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

2016 cı ildə AMEA-nın Tarix institunda "Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında" adlı dissertasya işini müdafiə edib, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var.

Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb.

1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqindəki xidmətlərinə görə, "Azərbaycan Xalq Cümhuriyyəti- 100" medalına layiq görülüb. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2022-ci ildə mərkəzi qərərgahı Anakarada yerləşən Türk Ocağı Genəl Mərkəzi İdarə Heyyətinin qərarı ilə "Yusuf Akçura" mükafatına layiq görülüb.

Azərbaycan jurnalistlərinin 2018-ci ildə keçirilmiş VII qurultayında Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib. 2022-ci ildə keçirilmiş VIII qurultayın iştirakçıları da ona etimad göstərərək Şuranın İdarə Heyətinə üzv seçiblər. 

01.10.2022