Aydın Quliyev

about1

Aydın Quliyev
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Aydın Quliyev 18 iyul 1960-cı il tarixində Cəhri kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetin Tarix fakültəsini bitirib.

Naxçıvan Dövlət Plan Komitəsinin idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim vəzifələrində işləyib.

1998-ci ilədək Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri, vəzifələrində, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə işləyib.

1990-cı ildən başlayaraq "Ağrıdağ", "Ordubadın səsi", "Ülfət", "İki sahil", "Rezonans" qəzetlərində, "525-ci qəzet"də, Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisistik və analitik məzmunlu məqalələrlə çıxış edib.

2001-ci ildən "Hürriyyət" qəzetinə rəhbərlik edib, 2003-cü ildən "Bakı xəbər" qəzetinin baş redaktorudur. 

Azərbaycan jurnalistlərinin 2018-ci ildə keçirilmiş VII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. 2022-ci ildə keçirilmiş VIII qurultayın iştirakçıları da ona etimad göstərərək İdarə Heyətinin üzvü seçiblər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Evlidir, 3 övladı var

01.10.2022