Həsən bəy Zərdabinin abidəsi ziyarət edilib

about1

Azərbaycan Mətbuat Şurasının və Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin rəhbərliyi 22 iyul Milli Mətbuat Günü ilə münasibətilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin AMEA-nın Botanika İnstitutunun həyətində yerləşən abidəsini ziyarət ediblər, üzərinə əklil qoyublar.

"Bu gün Azərbaycanda Milli Mətbuat günü qeyd olunur. Artıq dördüncü ildir ki, biz onu Həsən bəy Zərdabinin büstü önündə qeyd edirik. Bildiyiniz kimi, o, yalnız Azərbaycan mətbuatının banisi, ilk qəzetin redaktoru olmayıb, həm də təbiətşünas olub. Ona görə də bu gün biz burada Azərbaycan jurnalistikasının yaranmasında əvəzsiz rol oynamış şəxsin abidəsi önünə gül qoyuruq", - Sputnik Azərbaycan BİA-nın rəhbəri Əziz Əliyev bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, hazırda Azərbaycan mətbuatı öz sahəsində bölgənin lideridir və bu məsələdə Sputnik Azərbaycan-ın da rolu var.

"Biz artıq dördüncü dəfədir ki, bu tədbiri Sputnik Azərbaycan informasiya agentliyi ilə keçiririk. Sputnik Azərbaycan ölkəmizin ən əhəmiyyətli kütləvi informasiya vasitələrindən biridir. O, Azərbaycan reallıqlarının bütün dünyaya çatdırılmasında vaciv rol oynayır", – Mətbuat Şurasının sədri qeyd edib.

22.07.2019