Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək

about1

Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.

***

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

  1. Adı, soyadı, atasının adı;
  2. Doğum tarixi;
  3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
  4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected] və metbuatshurasi@gmail.com ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

***

Qeyd edək ki, COVID-19 infeksiyasına qarşı vaksinin hər iki dozası tətbiq edilmiş jurnalistlər bununla əlaqədar müvafiq sənədi mayın 31-dən başlayaraq Mətbuat Şurasından əldə edə biləcəklər.

26.05.2021