Mətbuat Şurası və AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə müsabiqə elan edib

about1

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib. Müsabiqə üzrə mükafatlandırma fondu ümumilikdə  5300 manatdır. 

6 həvəsləndirici mükafat nəzərdə tutulur ki, mükafat sahiblərinin hər biri 150, üç 3-cü yer sahibinin hər biri 600, iki 2-ci yer sahibinin hər biri 800 manatla mükafatlandırılacaq. Müsabiqənin qalibi, yəni birinci yerin sahibi isə 1000 manat qazanacaq.

Müsabiqəyə yazı qəbulu iyulun 1-dən başlayıb. Yazı qəbulunun son vaxtı iyulun 15-dir. Müsabiqə üzrə mükafatlandırma iyulun 23-də həyata keçiriləcək.

Müsabiqə ilə bağlı ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://presscouncil.az/az/contests/76

01.07.2019