Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi

about1

Mətbuat Şurasında Azərbaycanın media ictimaiyyətinin tanınmış nümayəndəsi "Media və Mülki Cəmiyyət" İctimai Birliyinin sədri, "İlkxeber.org" saytının baş redaktoru Xanoğlan Əhmədovun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, X.Əhmədovun fəaliyyəti həm jurnalistikanın praktiki, həm də təşkilati sahələrini özündə birləşdirib. 

1999-cu ildən 2016-cı ilə kimi “Ekspress” qəzetində müxbir, “Geopolitika XXI əsr” qəzetində baş redaktor kimi çalışmış jurnalist yüksək təşkilatçılığı və idarəetmə bacarığı ilə fərqlənib, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edən bir sıra layihələrin təşəbbüskarı olub. Xanoğlan Əhmədovun media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət isə onun işinə peşəkar yanaşmasının məntiqi nəticəsidir.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri -  "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməməmməd Nuriyev, Milli Məclisin deputatı Rizvan Nəbiyev, "Redaktor.az" saytının təsisçisi Seymur Şeydayev, "Təzadlar" qezetinin baş  redaktoru Asif Mərizli, jurnalist, siyasi icmalçı Zaur Ibrahimli, Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli, jurnalistlər Aydın Canıyev və Qorxmaz Şıxəliyev, "Bakıvaxtı.az" saytının baş redaktoru Qalib İbrahimoğlu, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy, AMEA-nın Elmi Kitabxanasının direktor müavini Oruc Quliyev, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının katibi Nadir İsmayılov, şair Nazim Hüseyn və başqaları X.Əhmədovun Azərbaycan mediasında öz imzası ilə tanındığını, daim çalışqanlığı, həmkarlarına həssas münasibəti və qayğıkeşliyi ilə seçildiyini bildirib, ona təbriklərini, xoş arzu və diləklərini çatdırıblar. 

Sonda çıxış edən X.Əhmədov toplantı iştirakçılarına təşəkkürünü bildirib.

10.07.2026