"İki sahil" - 35

about1

Azərbaycanın müasir müstəqillik illərində özünəməxsus yeri və rolu ilə seçilən "İki sahil" qəzetinin 35 yaşı tamam olur. 

"İki sahil" jurnalist əməyinin fədakarlıq nümunəsidir. Qəzet son dərəcə çətin və mürəkkəb dövrdə fəaliyyətə başlamaqla böyük ictimai missiya yerinə yetirdi. Bu,  peşənin xalq mənafeləri və dövlətçilik naminə səfərbərlik missiyası idi. 

Ötən müddətdə əsl jurnalistika məktəbi kimi formalaşmış "İki sahil" həm özü inkişaf edib, həm də Azərbaycanın inkişaf və tərəqqi yolunun salnaməsini yaradıb. Fəaliyyətindəki milli mətbuat ənənələrinə dərin sadiqlik ruhu isə nəşrə geniş oxucu auditoriyası qazandırıb. 

Bu günün "İki sahil" qəzeti işini müasir informasiya texnologiyalarından yararlanmaqla qurur, 35 il əvvəl başladığı yolda əzmlə addımlayır. Nəşrin Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə başda olmaqla əməksevər kollektivinin hər bir üzvünü təbrik edir, ən xoş arzu və diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq. Əminik ki, ötən 35 ilin fəxr və qürur yaşantısı qəzeti daha böyük uğurlara daşıyacaq. 

Mətbuat Şurasının İdarə Heyəti

10.07.2026