Mətbuat Şurası Hikmət Babaoğlunu “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Əməkdar jurnalist, Milli Məclisin deputatı Hikmət Məmmədovu (Hikmət Babaoğlu) “Şöhrət” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzulayırlar.
Qeyd edək ki, H.Məmmədov 2018-2022-ci illərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. Əməkdar jurnalist, həmçinin, uzun müddət “Yeni Azərbaycan” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
H.Babaoğlu, həmçinin, 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifələrində çalışıb. 1999-cu ildə YAP-ın Siyasi Şurasına üzv seçilib.1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri olub.