Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş müsabiqənin qalibləri müəyyənləşib
Azərbaycan Mətbuat Şurası, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzi və Xəzər Media Mərkəzi tərəfindən media subyektlərinin təmsilçiləri arasında mahir tarzən, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı elan edilmiş müsabiqənin qaliblərinin adları açıqlanıb.
II yer - Mətanət Məmmədova, "Səs" qəzeti
III yer - Nadir Rzalı, "APA Holdinq" ("Kulis.az" saytı)
Emin Səfərov, "Qafqazinfo.az" saytı
Qeyd edək ki, müsabiqəyə yazı qəbulu 3 oktyabr 2024-cü il tarixindən 1 noyabr 2024-cü il tarixinədək həyata keçirilib. Materialların qiymətləndirilməsində mövzunun dolğun əhatə edilməsinə, faktların düzgün təqdimatına, onlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, həmçinin ifadə vasitələrinin zənginliyinə, bədii-publisistik məzmuna və oxucu üçün informasiyalılıq dərəcəsinə diqqət yetirilib.