Fotojurnalistika ilə bağlı layihə çərçivəsində mətbuat konfransı keçiriləcək

about1

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi, Azərbaycan Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi milli mətbuatımızın 150 illiyi münsaibəti ilə “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsini reallaşdırıb.

Layihə çərçivəsində sabah – 23 yanvar 2025-ci ildə saat 15:00-da Azərbaycan Mətbuat Şurasında mətbuat konfransı keçiriləcək. Toplantıda layihənin nəticələri açıqlanacaq.

Qeyd edək ki, “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsi çərçivəsində yanvarın 21-də və 22-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində fotojurnalistika ilə bağlı təlimlər təşkil olunub.

Sabah keçiriləcək mətbuat konfransında isə peşəkar təlimçilər tərəfindən aparılan və  gənc jurnalistlərin, habelə tələbələrin qatıldıqları təlimləri uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

22.01.2025