MŞ İdarə Heyətinin üzvü Türkiyədə Həsən bəy Zərdabiyə həsr olunmuş simpoziuma qatılıb
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Türkiyənin Ege Universitetində dahi mütəfəkkir, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş "Türk Dünyasında mətbuat" simpoziumunda iştirak edib.
A.Aşırlı simpoziumun açılış mərasimindəki çıxışında MŞ sədri Rəşad Məcidin təbriklərini çatdırıb. O, Həsən bəy Zərdabinin əziz xatirəsinə həsr olunmuş tədbirin təşkilində göstərdiyi fədakarlığa görə Doç.Dr. Yılmaz Özkayaya Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.
Qeyd edək ki, 3 gün davam edəcək simpoziumda Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan və digər türk cümhuriyyətlərindən olan 110 nəfərdən çox mətbuat tarixçisi müxtəlif panellərdə məruzələr oxuyacaq, müzakirələr aparacaqlar.