Aqil Ələsgər ATƏT-in media ilə bağlı toplantısında iştirak edib

about1

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər oktyabrın 2-də Polşanın paytaxtı Varşavada keçirilmiş ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısının “Fundamental azadlıqlar və media” sessiyasında çıxış edib. A.Ələsgər çıxışında Qərbin örnək sayılan mediasının demokratik dəyərlərə sayğısızlıq göstərdiyini vurğulayıb. O bildirib ki, Qərb mediası Azərbaycanla bağlı yayımladığı xəbər və ya materiallarda obyektivliyi müəyyən maraqlar naminə arxa plana keçirir və bu, təəssüf doğrumaqdadır.

MŞ İdarə Heyətinin üzvü xüsusilə II Qarabağ savaşında və ondan sonra Qərb mediasının ölkəmizə münasibətdə ikili standartlar prizmasından yanaşmasının müxtəlif məqamlarından söz açıb, bununla əlaqədar konkret misallar və faktlar üzərində dayanıb.  O, belə yolverilməz halın indinin özündə də davam etdiyi diqqətə çatdırıb və bu kimi xoşagəlməz tendensiyaya son qoyulmasının vacibliyini əsaslandırıb. "Acınacaqlı haldır ki, Qərb mediasında Azərbaycan əleyhinə bu zəmində aparılan
kampaniya davam etməkdədir. Biz bundan ciddi təəssüf hissi keçiririk” – deyən A.Ələsgər fikrini tamamlayıb.

03.10.2024