Mətbuat Şurasının sədri "Xalq qəzeti"nin 105 illiyini təbrik etdi

about1

Bu gün "Xalq qəzeti"nin 105 yaşı tamam olur. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu münasibətlə nəşrə təbrik ünvanlayıb. "Xalq qəzeti"nin 29 avqust 2024-cü il tarixli sayında "Canlı jurnalistika məktəbi" sərlövhəsi altında dərc edilmiş təbrik mətnində bildirilib:

“Xalq qəzeti” gələcək nəsillərə miras qalacaq mənəvi sərvət­dir. Bunu söyləmək üçün çox­lu əsaslar var. Bu ümummilli nəşr keçmiş sovet hakimiyyə­ti illərində Azərbaycan ədəbi dilinin qorunmasına, milli mədəniyyətinizin təbliğinə yönələn fədakarlıqlar göstər­mişdir. 

Qəzet həmin illərdə öz səhifələ­rində istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədəki ciddi əhə­miyyət daşıyan məsələləri cəsarətlə işıqlandırmışdır. Bu dəst-xətt onu ötən əsrin 90-cı illərində də ön plana çıxarmışdır. Təsadüfi deyil ki, nəşr hələ SSRİ-nin rəsmən mövcud olduğu dövrdə uzun müddət daşıdığı “Kommunist” adından imtina etmiş, xalqın qəzetinə çevrilmiş, ümumən milli mədəni qüvvələri öz ətrafında birləşdirən mərkəz rolunu oynaması ilə diqqət çəkmişdi.

1919-cu ildən fasiləsiz olaraq fəaliyyət göstərən “Xalq qəzeti” əsl jur­nalistika məktəbidir. Nəşr bu missiyası ilə peşəni cəmiyyətə üstün şəkildə təqdim etmiş, sözün gücünü göstərmişdir. Azərbaycanın neçə-neçə tanın­mış dövlət və ictimai xadimi, ziyalısı, görkəmli siması ilk addımını məhz burada atmışdır. 

Bu günün “Xalq qəzeti” Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sadiq monolit komanda, jurnalisti­kaya qəlbən bağlı olan peşəkar insanların Vətən uğrunda əzmlə çalışdıqları mərkəzdir. Nəşr vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun dərin­ləşməsində aktiv mövqeyə malikdir. Sevindirici haldır ki, hazırda qəzet ənənələrə sadiqlik ruhunu əsas götürərək, müasir dövrün tələbləri ilə uy­ğunlaşma əzmini göstərir, yeniliklərə can atır və onları uğurla tətbiq edir. 

Bütün bunlar bir daha göstərir ki, “Xalq qəzeti”nin 105 illiyi, bütövlük­də, ölkə miqyaslı hadisədir. Nəşrin əməksevər kollektivinin hər bir üzvünü bu əlamətdar hadisə münasibəti ilə təbrik edir, onlara bitib-tükənməyən yaradıcılıq şövqü, möhkəm cansağlığı arzulayıram. Xalqımız əmindir ki, “Xalq qəzeti” özünün ideya və prinsiplərinə sadiqlik kursu ilə 105 illik yo­lun təntənəsini yaradıcılıq enerjisinə çevirəcək, özünün şanlı tarixini qarşı­dakı illərin daha böyük uğurları ilə zənginləşdirəcək".

29.08.2024