Tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin 65 illik yubileyi keçirildi
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi "Keçmişə ehtiramla, gələcəyə inamla!" silsiləsindən növbəti tədbirini keçirdi. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasim yazıçı-jurnalist Rafiq Hacıyevin anadan olmasının 65 illiyinə həsr olunmuşdu. Yubiley tədbirini Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq Rafiq Hacıyevin həyat və yaradıcılığından danışdı. Yubilyara Azərbaycan Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olundu. Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, Məhərrəm Qasımlı, Ramiz Quliyev, Çingiz Qənizadə, Aqil Abbas, Oqtay Rza, Adil Cəmil, Maşallah Məftun, Qulu Məhərrəmli, Şəmsiyyə Kərimova, İlqar Həsənov, İlham Abbasov, Əhməd Məmmədov, Ramiq Muxtar, Vahid Abbasov, Tofiq Kərimov, Tahir Aydınoğlu və başqaları çıxış edərək Rafiq Haçıyevin yaradıcılığından, onun mətbuatımızın inkişafına, musiqimizin təbliğinə töhfələrindən, nəşr olunmuş kitablarından danışdılar. Rafiq Haçıyev göstərdikləri qiqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirdi.