TƏBİB-in MEDİA-nın və Mətbuat Şurasının birgə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

about1

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB), Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi, eyni zamanda TƏBİB-in fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı media nümayəndələri arasında “Bir ömür xidmətinizdə...” mövzusunda yaradıcılıq müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Mükafatların təqdimatı TƏBİB-in 5 illiyi ilə bağlı keçirilmiş təntənəli mərasimdə gerçəkləşib. Müsabiqə qalibləri adları aşağıda çəkilən şəxslərdir. Şərtlərə uyğun olaraq, onların hər birinə müvafiq olaraq 1000, 700 və 500 manat miqdarında pul mükafatı, həmçinin TƏBİB-in rəmzi hədiyyəsi təqdim olunub.

1-ci yer

Sitarə Həmidova

Azərbaycan Radiosu

Zarina Orucəliyeva

"Sputnik - Azərbaycan"

2-ci yer

Elnarə Kərimova

"Cümhuriyət" qəzeti

Hicran İbrahimli

ARB24 TV

3-cü yer

Məlahət Rzayeva

"Şərq" qəzeti

Samirə Abdullayeva

"Report" İnformasiya Agentliyi

Qeyd edək ki, müsabiqəyə 40 yazı təqdim olunmuşdu. Yazılar TƏBİB-in, Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

20.12.2023