Mətbuat Şurasının sədri Türkiyə İnternet Media Birliyinin rəhbəri ilə görüşüb

about1

Oktyabrın 27-də Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizdə səfərdə olan Türkiyə İnternet Media Birliyinin rəhbəri Süleyman Basa ilə görüşüb.

MŞ sədri R.Məcid qonağı salamlayaraq ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Şuranın beynəlxalq əlaqələrindən söz açan sədr bildirib ki, rəhbərlik etdiyi qurum Türkiyənin media birlikləri ilə sıx əlaqədədir və münasibətlərin ildən-ilə dərinləşməsi məmnunluq doğurur. R.Məcid həmçinin ölkəmizdə media sahəsində həyata keçirilən islahatlar, görülən tədbirlərin jurnalistikanın durumuna təsiri barədə məlumatlandırıb, ümumən ölkəmizdə media sahəsindəki mövcud tendensiyaları diqqətə çatdırıb.

Süleyman Basa da öz növbəsində Türkiyə İnternet Media Birliyinin fəaliyyətindən geniş bəhs edib.

MŞ İdarə Heyətininin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin də iştirak etdiyi görüş zamanı türk dövlətlərinin jurnalist qurumlarının əməkdaşlığının gücləndirilməsi, həmçinin dünya miqyasında media sahəsindəki mühüm meyllər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

27.10.2023