Mətbuat Şurasının İdarə Heyətinin üzvü Özbəkistanda səfərdə olub

about1

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Sosial media istifadəçiləri ilə əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli Özbəkistanda səfərdə olub.

H.Heydərli səfər zamanı Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimovla, Özbəkistan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının "İshanc" və "İshanc-Doveriya" qəzetləri və Özbəkistan nüfuzlu media qurumları "Daryo.uz", "Darakci.uz", Renessans TV, Biz TV, MY5 TV, "Platin.uz", "Sevimli TV" media qruplarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə dost, qardaş ölkələr arasında media sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

H.Heydərlinin, eyni zamanda, Özbəkistanın Jurnalistika və Kommunikasiya Dövlət Universitetində tələbə jurnalistlərlə təlimi də baş tutub. Burada gənclərə Azərbaycanda milli mətbuatın tarixi, mediamızın hazırkı durumu və ölkəmizin informasiya mübarizəsi, Mətbuta Şurasının fəaliyyəti haqqında geniş məlumat verilib.

02.10.2023