Mətbuat Şurasının və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə müsabiqəsi üzrə mükafatlandırma mərasimi keçirilib
İyulun 19-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş media müsabiqəsinin nəticələri açıqlanıb. Bununla bağlı təqdimat mərasimi keçirilib.
Tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.
ADY sədri Rövşən Rüstəmov çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Azərbaycan dəmir yollarının inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən danışan Rövşən Rüstəmov bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi: “1969-1982-ci illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xəttlərinin çəkilməsində əsaslı inkişaf baş verdi. Həmin dövrdə onlarla yeni vağzal binaları, Qafqazda müvafiq sahə üzrə yeganə ixtisaslaşmış müəssisə olan Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu və daha bir-neçə strateji infrastruktur tikililəri istifadəyə verildi’’.
Nəqliyyat sahəsində milli kadr potensialının formalaşdırlması istiqamətində Ulu Öndərin uzaqgörən siyasətindən danışan ADY sədri qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanmsı bacarıqlarını əks etdirmişdir: “Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilmiş, maraqlı faktlar ortaya çıxarılmışdı. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialların ədalətli və şəffaf qaydada qiymətləndirib’’.
Qeyd edək ki, Ulu Öndərin dəmir yollarının inkişafındakı xüsusi roluna həsr olunmuş müsabiqə üç istiqaməti əhatə edib:
1) Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2) Heydər Əliyevin gerçəkləçən arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında;
3) Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi.
Müsabiqəyə 01 iyun-15 iyul 2023-cü il tarixlərində 53 kütləvi informasiya vasitələrindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüblər.
Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Mətbuat Şurasının
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqənin laureatlarının siyahısı
“Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” adlı birinci istiqamət üzrə
- Rövşən Əliyev – AZTV
- Mehman Rəsulov – Real TV
- Emin Səfərov – “Qafqazinfo.az” saytı
“Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında” adlı ikinci istiqamət üzrə
- Nigar Rəhmanova – CBC telekanalı
- Vaqif Bayramov – “Xalq qəzeti”
- Rövşəb Tahirov – ATV telekanalı
“Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi” adlı üçüncü istiqamət üzrə
- Müsəllim Həsənov – “525-ci qəzet”
- Səriyyə Cəfərova – “Təzadlar” qəzeti
- Məhsəti Ağayeva – “Aran” qəzeti (Ağcabədi)
- Seymur Verdizadə - “Yenisabah.az” saytı
- Vəli İlyasov – “İki sahil” qəzeti
- Surxay Atakişiyev – “Bizim.media” saytı
- Yeganə Məmmədova – “Xalq.az” saytı
- Vüqar Əliyev – “Mədəniyyət” qəzeti
- Asif Nərimanlı – Teleqraf Media Qrupu
- İlhamə Xankişiyeva – “Oxu.az” saytı
- Heydər İsmayılov – Media Türk internet televiziyası
- Tapdıq Qurvanlı – Teleqraf Media Qrupu
- Lalə Mehralıyeva – “TvPress” internet qəzeti
- Timur Rzayev – “Caliber.az” saytı
- Emin Nəbili – “Üç nöqtə” qəzeti
- Rüstəm Məlikov – “Qələbə” qəzeti (Salyan)
- Seymur Əliyev – “Moderator.az” saytı
- Əfqan Qafarov – “Modern.az” saytı
- Dəryanur Cəfərova – Real TV
- Ramiz Cürənov – APA
- Tural Tağıyev – “Azvision.az” saytı
- Məhəmməd Tağıyev – “525-ci qəzet”
- Nahid Canbaxışlı “Veteninfo.az” saytı
- Səbuhi Musayev – “Prosport.az” saytı
- Vüsal Nəbiyev – APA
- Aqil Bəkirli – Yeni çag Media Qrupu
- Samirə Səfərova – “Bakı xəbər” qəzeti
- Aytən Bağırova – “Asvision.az” saytı
- İlahə Məmmədli – “Report” İnformasiya Agentliyi
- Nadir İsmayılov – Bayraqdar Media
- Ramid İbrahimov – “Bakivaxti.az” saytı
- Xəyalə Cəfərova – AZƏRTAC
- Pərviz İsmayılov – “Yeni Azərbaycan” qəzeti