Milli Mətbuat Günü ilə bağlı jurnalistlər üçün pulsuz göz müayinəsi keçiriləcək

about1

İyulun 21-də saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında Şuranın və “Dünyagöz” klinikasının təşəbbüsü ilə jurnalistlərin pulsuz göz müayinəsi keçiriləcək. Milli mətbuatımızın 148 illiyi ilə bağlı təşkil olunacaq aksiyada hər bir media təmsilçisi iştirak edə bilər.

Aksiyada iştirak etmək istəyənlər bununla əlaqədar müraciətlərini 13 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək Mətbuat Şurasının 012 541 59 49 şəhər və 050 602 71 78 mobil nömrələrinə, həmçinin yazılı qaydada Şuranın [email protected] elektron ünvanına bildirə bilərlər.

Müayinə üçün gələn media təmsilçiləri şəxsiyyət və iş vəsiqələrini, fərdi qaydada jurnalist fəaliyyəti göstərən şəxslər isə bunu təsdiqləyən sənədi (xidmət göstərdiyi media orqanı ilə bağladığı müqaviləni, yaxud onun surətini) təqdim etməlidirlər.

Müayinənin cavabları “Dünyagöz” tərəfindən yerində, yaxud müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra fərdi qaydada çatdırılacaqdır.

Müayinənin xüsusiyyətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər “Dünyagöz” klinikasının 012 404 44 69 şəhər telefonuna və [email protected] elektron ünvanına müraciət edə bilərlər.

12.07.2023