“Lent.az” İnformasiya Agentliyinin fəaliyyətinin 15 illiyi ilə bağlı təbrik

about1

“Lent.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 15 il ötür. Bu münasibətlə “APA Holdinq” kimi Azərbaycanın öncül media brendinin tərkibində yer alan agentliyi Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı başda olmaqla təbrik edir, istedadlı zəhmətkeş həmkarımız Hafiz Heydərovun rəhbərlik etdiyi yubilyar media orqanının kollektivinə səmimi arzu və diləklərimizi çatdırırıq.

“Lent.az” jurnalist peşəkarlığının ölkəmizin internet media məkanı üçün aktuallığını təsdiqləmiş və əməli fəalliyyəti ilə bu məkanın cəmiyyətin maraq və mənafeləri baxımından səfərbərliyinin nümunəsini yaratmış informasiya agentliyidir. Həmişə özünəxas dəst-xətti ilə seçilmişdir. Hadisə və proseslərə operativ, obyektiv yanaşma tərzi ona geniş oxucu auditoriyası qazandırmışdır.

“Lent.az” yalnız jurnalistika hadisəsi olmamış, eyni zamanda, bədii-puplisistik fikrin böyük ifadə meydanına çevrilmişdir. Bu media orqanı peşəmizin janr zənginliyinin qorunub saxlanılmasına da müstəsna töhfələr vermiş, ziyalı tribunası olaraq sözə ciddilik obrazı qazandırmışdır.

Bu günün “Lent.az”ı da jurnalistikamızın ənənələrinə sadiqdir. 15 il əvvəlin möhkəm təməli isə qətiyyətlə onu deməyə əsas verir ki, bu sadiqlik media orqanını daha böyük rəqəmli əlamətdar təqvim günlərinə daşıyacaqdır.

Bir daha  “Lent.az”ın rəhbərliyini və əməksevər kollektivini fəaliyyətlərinin 15 illiyi münasibətilə təbrik edir, onların hər birinə daha böyük uğurlar, bol-bol müvəffəqiyyətlər arzulayırıq.

Mətbuat Şurasının İdarə Heyəti

25.06.2023