Mətbuat Şurası jurnalist Zülfüqar Hüseynzadənin vəfatı ilə bağlı başsağlığı verdi
Azərbaycanın müasir dövr jurnalistikasının dəyərli simalarından olan "Moderator.az" saytının baş redaktoru Zülfüqar Hüseynzadə haqqın rəhmətinə qovuşdu. Onun vaxtsız vəfatı media cameəsində hər kəsi kədərə qərq etdi. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri mərhumun ailəsinə, əzizlərinə və doğmalarına, saysız-hesabsız həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir.
Z.Hüseynzadə cəmi 52 il ömür sürdü. Bu müddətə jurnalist fəaliyyətini də, ictimai təşəbbüslərini də sığışdırdı. O, uzun zaman içində Kəlbəcər niskilini daşıyaraq, doğma yurd sevgisini peşəsində yaşatdı, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı aşıladı. Belə bir vətənpərvər həmkarımızın aramızdan getməsi böyük üzüntü və sarsıntıdır.
Bir daha Zülfüqar Hüseynzadənin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, başsağlığı diləklərimizi çatdırır, mərhumun doğmalarına və əzizlərinə səbr diləyirik.
Allah rəhmət eləsin!