Mətbuat Şurasının komissiya üzvləri Türkiyənin Azərbaycandakı Səfirliyində olublar

about1

Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının üzvləri Türkiyənin Azərbaycandakı Səfirliyində fövqəladə və səlahiyyətli səfir Cahit Bağçı ilə görüşüblər.

Sədr Müşfiq Ələsgərli rəhbərlik etdiyi komissiyanın fəaliyyəti və qarşıdakı prioritetləri barədə məlumat verib. Komissiya üzvləri - Yadigar Məmmədli və Aqil Ələsgər iki ölkənin media platformaları arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər. Onlar Türkiyə Səfirliyi ilə Mətbuat Şurasının əməkdaşlığının bu sahəyə verə biləcəyi töhfələr barədə danışıblar.

Ziyarət üçün təşəkkürünü bildirən Cahit Bağçı Türkiyə Səfirliyi ilə Mətbuat Şurası, həmçinin, Azərbaycanın media qurumları arasında əməkdaşlığın sağlam təməllər üzərində qurulduğunu, ümumi maraqlara uyğun olduğunu vurğulayıb. O da öz növbəsində əlaqələrin daha da möhkəmləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün təkliflərini səsləndirib.

Səfir Bağçı, eyni zamanda, təmsil olunduğu diplomatik missiyasının media ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

17.01.2023