ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Mətbuat Şurasında olub

about1

Bu gün ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Elis Spensli və Səfirliyin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev Mətbuat Şurasında olublar. Görüş Şuranın Beynəlxalq əlaqələr komissiyasının xətti ilə təşkil edilib. Komissiya tərəfindən sədr Müşfiq Ələsgərli və qurumun üzvü Yeganə Hacıyeva, həmçinin, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov iştirak ediblər.

Görüşdə ABŞ Səfirliyinin Azərbaycanın media məkanı ilə bağlı əlaqələrindəki spesifik məqamlar ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, zaman-zaman həyata keçirilmiş qarşılıqlı əməkdaşlıq jurnalist ictimaiyyətinə müsbət nəticələr verib.

Görüşdə, eyni zamanda, Mətbuat Şurasının Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında seçilmiş yeni İdarə Heyətinin ABŞ Səfirliyi ilə əməkdaşlıq perspektivlərinə toxunulub. Mövcud xüsusda hər iki ölkənin media qurumları arasında təmasların gücləndirilməsinin əsl həqiqətlərin çatdırılmasına töhfə verə biləcəyi vurğulanıb.

12.01.2023