Mətbuat Şurası qocaman jurnalist Bəbir Hüseynovu təltif edib

about1

Bakı Avrasiya Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nərimanov Rayon Ağsaqqallar Şurasının dəstəyi ilə əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi ilə bağlı toplantı keçirilib. Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirdə çıxış edərək, B.Hüseynovun əməyini, zəhmətsevərliyini peşəyə sədaqət nümunəsi kimi dəyərləndirib. 

R.Məcid qocaman jurnalistin fəaliyyətinin ayrı-ayrı məqamlarına toxunaraq, onu həm də ziyalı mövqeyi ilə seçilən qələm sahibi kimi xarakterizə edib. O, çıxışında, həmçinin, yubilyar jurnalistin mətbuatımızın inkişafına verdiyi töhfələrə, jurnalistika sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətə, Qarabağla bağlı həqiqətlərin təbliğinə yönələn ardıcıl işlərinə diqqət çəkib. Bu xüsusda B.Hüseynovun “Qarabağın tarixindən səhifələr" kitabından söz açıb. 

R.Məcid nəşrin dolğun məzmununa diqqət çəkərək, müəlifin şanlı tariximizə xidmət amalına kökləndiyini vurğulayıb. MŞ sədri bütün bunlara görə B.Hüseynovun Mətbuat Şurasının diplomu ilə təltif olunduğunu diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib.

26.12.2022