Mətbuat Şurası Avropa Müstəqil Mətbuat Şuraları Alyansında “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb
Azərbaycan Mətbuat Şurası (MŞ) Avropa Müstəqil Mətbuat Şuraları Alyansında (AİPCE) “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb. Prosesin tamamlanmasından sonra MŞ-nin loqosu və saytının linki Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) saytında "Tam hüquqlu üzvlər" kateqoriyasında yerləşdirilib: https://presscouncils.eu/#:~:text=The%20Alliance%20of%20Independent%20Press,European%20Councils%20are%20associate%20members
Mətbuat Şurası İdarə Heyətinin üzvü, təşkilatın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli bildirib ki, mətbuat şuralarının beynəlxalq koordinasiya mərkəzi olaraq iki qurum fəaliyyət göstərir. Bunlardan biri Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (World Association of Press Councils (WAPC), digəri isə Avropa Müstəqil Mətbuat Şuraları Alyansıdır (AİPCE). Azərbaycan Mətbuat Şurası hər iki qurumla sıx əməkdaşlıq edir: “WAPC və AİPCE yenilənən media trendləri fonunda öz fəaliyyətlərini yenidən qururlar. Bu sırada üzvlüklə bağlı standartlarını da yeniləyirlər. Azərbaycan Mətbuat Şurasının fəaliyyəti yeni trendlərə uyğun olduğundan “yenilənmiş qeydiyyat” prosesini də müvəffəqiyyətlə tamamlayıb”.