Azərbaycan Mətbuat Şurasının KİV-lərin komendant saatı müddətindəki fəaliyyətinə dair məlumatı
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarı ilə təsdiqlənmiş 3 nömrəli əlavədə Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısında kütləvi informasiya vasitələri də var.
Nazirlər Kabinetinin qərarına əsasən KİV redaksiyaları öz əməkdaşlarının siyahısını “icaze.e-gov.az” portalına daxil etməlidirlər. Yalnız bu halda onların komendant saatının qüvvədə olduğu müddətdə hərəkətlərinə xüsusi icazə veriləcəkdir.
Azərbaycan Mətbuat Şurası KİV redaksiyalarını hərbi vəziyyətin tələblərinə riayət etməyə çağırır. Şura bununla bağlı vəziyyəti diqqətdə saxlayacaqdır.