İş adamı Müqayis Verdiyev “Gündəlik Bakı” qəzetinə qarşı - Qərar №7
Qərarın qəbul olunduğu tarix:15 mart 2023-cü il.
Şikayətin baxılma tarixi: 15 fevral 2023-cü il.
Şikayətin məzmunu:
İş adamı Müqayis Verdiyev Azərbaycan Mətbuat Şurasına müraciətində “Gündəlik Bakı” qəzetinin gundelik-baku.com saytında yayımlanmış 15-dək məqalədə təhqir olunduğunu, işgüzar nüfuzuna zərər vurulduğunu bildirib və Şuradan müvafiq tədbir görülməsi xahiş edib.
Cavabdehin izahatı:
Cavabdehin izahatı yoxdur.
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 15 fevral 2023-cü il tarixli iclasında iş adamı Müqayis Verdiyevin Azərbaycan Mətbuat Şurasına müraciətini araşdıraraq belə rəyə gəlib ki, müraciətdə konkret göstərilmiş 11 məqalə birtərəfli qaydada təqdim olunmuşdur. Məqalələrdə konkret şəxsi hədəfə alma meyilləri və təhqiramiz fikirlər, jarqon ifadələr var ki, bütün bunlar jurnalist yanaşması sayıla bilməz.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:
Qərar
- “Gündəlik Bakı” qəzetinin saytındakı iş adamı Müqayis Verdiyevlə yazılarda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3,2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması adlı 5-ci prinsipinin 5.7-ci bəndinin “jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır” prinsiplərini pozub;
- “Gündəlik Bakı” qəzetinin saytında “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Selçuk Demirlə bağlı yayımlanmış materiallarda göstərilən bir sıra məsələlərin, irəli sürülmüş ittihamların həqiqəti nə dərəcədə əks etdirdiyi şübhəlidir. Buna görə də Mətbuat Şurası şikayət müəllifi “Ziraatbank Azərbaycan”ın İdarə Heyətinin sədr müavini Rövşən İbrahimov yaranmış narazılığı məhkəmə müstəvisində həll etmək tövsiyə olunsun.
İdarə Heyətinin sədri: Rəşad Məcid
Şikayətlər üzrə Komissiyanın sədri: Vüqar Zifəroğlu
İcraçı katib: Əvəz Rüstəmov