Məhbus Şamilov Murad jurnalist Nazim Quliyevə qarşı - Qərar №5

Qərarın qəbul olunduğu tarix: 15 noyabr 2022-ci il.

Şikayətin baxılma tarixi: 19 oktyabr 2022-ci il.

Şikayətin məzmunu:

Məhbus Şamilov Murad Azərbaycan Mətbuat Şurasına müraciətində jurnalist Nazim Quliyevin onu və həyat yoldaşını təhqir edən materillar yayımladığını bildirib və Şuradan bununla bağlı tədbir görülməsini xahiş edib.

Cavabdehin izahatı:

Azərbaycan Mətbuat Şurasının Katibliyi məhbus Şamilov Muradın ərizəsində göstərdiyi mobil telefon nömrəsi ilə əlaqə saxladı. Müəyyən olundu ki, narazılıq doğurmuş material N.Quliyevə məxsus “Nazim_ideal” instaqram səhifəsində yayımlanıb. Lakin sonradan silinib. Bu, şikayətçinin nümayəndəsinin də diqqətinə çatdırılıb. Məlumat şikayətçinin nümayəndəsi  tərəfindən məqbul qiymətləndirilib. Bununla belə Katiblik nəzərə alıb ki, Mətbuat Şurası sosial şəbəkələr üzərindən yayımlanmış materialların müzakirəsini aparmaq səlahiyyətində deyil. Bu barədə də şikayətçinin nümayəndəsinə məlumat verilib.

Azərbaycan Mətbuat Şurası məsələnin müzakirə edildiyi Şikayətlər üzrə Komissiyanın rəyini əsas götürərək qərara alır:

Qərar

  1. “Nazim_ideal” instaqram səhifəsində yayıldığı iddia edilən və məhbus Şamilov Murad tərəfindən narazılıq doğurmuş material həmin səhifədə yer almadığı və buna görə şikayətçinin nümayəndəsinin etirazının qalmadığı üçün məsələ qapanmış hesab edilsin.

İdarə Heyətinin sədri:                                                                    Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                              Vüqar Zifəroğlu

İcraçı katib:                                                                                      Əvəz Rüstəmov

19.10.2022