Vətəndaş Tağıyev Tural Eyyam oğlu “Alp.az” saytına qarşı - Qərar №4
Qərarın qəbul olunduğu tarix: 15 noyabr 2022-ci il.
Şikayətin baxılma tarixi:19 aktyabr 2022-ci il.
Şikayətin məzmunu
Siyəzən rayon sakini olan vətəndaş Tağıyev Tural Eyyam oğlu Azərbaycan Mətbuat Şurasının elektron ünvanına göndərdiyi 10 oktyabr 2022-ci il tarixli müraciətində “Alp.az” saytında 13 iyul 2022-ci il tarixdə yayımlanmış “Şəhid ailələrini təhqir edən bu şəxsi tanıyın!” sərlövhəli yazıda yer almış fikirləri təhqir hesab etdiyini bildirib və bununla bağlı Şuradan tədbir görülməsini xahiş edib.
Cavabdehin izahatı
Azərbaycan Mətbuat Şurasının Katibliyi şikayətçi və cavabdeh qismində göstərilən şəxslərlə əlaqə saxladı. Müəyyən olundu ki, şikayətçi “Alp.az” saytında mövqeyinin dərc edilməsinə razıdır. Bu tələb cavabdeh tərəfindən də məqbul qarşılandı.
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyanın rəyini əsas götürərək qərara alır:
Qərar
- “Alp.az” saytında vətəndaş Tağıyev Tural Eyyam oğlu ilə bağlı “Şəhid ailələrini təhqir edən bu şəxsi tanıyın!” sərlövhəli yazıda qarşı tərəfin mövqeyinin nəzərə alınmaması “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasıdır;
- Alp.az” saytının vətəndaş Tağıyev Tural Eyyam oğlunun fikirlərini yayımlamaq istəyi məqbul qiymətləndirilsin və yaranmış narazılığın aradan qaldırılması ilə bağlı əsas kimi götürülsün.
İdarə Heyətinin sədri: Rəşad Məcid
Şikayətlər üzrə Komissiyanın sədri: Vüqar Zifəroğlu
İcraçı katib: Əvəz Rüstəmov