Yeganə Hacıyeva
Hacıyeva Yeganə Telman qızı Füzuli rayonunda anadan olub.
Sumgayıt Dövlət Universitetinin Fizika fakültəsini bakalavr və maqistr dərəcəsi ilə bitirib. Almaniyada Saarbruken Avropa Universitetində insan haqları və hüquq,
Türkiyənin Boğaziçi Universitetində Beynəlxalq münasibətlər və hüquq, Londonda Siyasət və İqtisadiyyat Məktəbində Avropa Birliyi qurumlarında lobbiçilik üzrə, Polşada Avropa Ali Diplomatiya Akademiyasında təhsil alıb, Litva Parlamnetində kurslar keçib.
Sumqayıt Dövlət Universitetində, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində, Bakı Fond Birjasında, AG Bank və Dünya Bankında çalışıb. Həmçinin fəaliyyətin ilk illərində Cənubi Qafqaz Liberal Gənclər Şəbəkəsinin azərbaycanlı həmsədri, Şərq Tərəfdaşlıq Gənclər Forumu İdarə Heyyəti üzvü, Avropa Parlamenti ,-ALDE qrupunda regional nümayəndə, Avropa Şurası Cənubi Qafqaz Gənc Liderlər proqramlarında təmsil olunub.
Gənc Demokratlar İnstitutunun rəhbəri ,“Community of Democracies“ - dövlətlərin hökümətlərarası koalisiyası - gənclər forumunun idarə heyyəti üzvü, Beynəlxalq Məşvərətçi Qrupunda gənclər siyasəti üzrə koordinator, Mərkəzi Asiya proqramının koordinatoru, Lobbiçilik üzrə təlimçi kimi də fəaliyyəti var.
Müxtəlif illərdə BMT-də, BMT – Qadın təşkilatında “Qadınların siyasətdə iştirakçılığı", “Müsəlman cəmiyyətlərdə qadınların siyasi aktivliyi” və “ Fərdi və intitutsional lobbiçilik “ üzrə ekspert kimi , NATO Cənubi Qafqaz proqramlarında analitik kimi , AŞPA, ATƏT - DTİHB layihələrdə seçki , siyasi ekspert , media analitiki kimi çalışıb.
Hazırda media, siyasi və təhlükəszilik sahələrində təqiqatçı –bloger, yerli mediada siyasi analitik olaraq fəaliyyət göstərməkdədir.
Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Şuranın Beynəlxalq əlaqələr Komissiyasında təmsil olunur.
Azərbaycan, rus və ingilis dillərində danışır.