Vüqar Zifəroğlu

about1

Azərbaycan Mətbuat Şurası sədrinin müavini

Əliyev Vüqar Zifər oğlu 12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.

1985-1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə oxuyub.

1995-2001 -ci illərdə BDU-da beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2005-ci ildə "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2017-ci ildə "Müasir dövrdə xarici KIV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1999-2001- ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb.

2001-2004 - cü illərdə BDU jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş laborant vəzifəsində çalışıb.

2004-2006-ci illərdə BDU kafedrasında baş laborant vəzifəsində çalışıb.

2006-cı ildən BDU Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.

2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub.

Beynəlxalq jurnalist olaraq bloqqer kimi də fəaliyyət göstərir: ziferoglu.blogspot.com

2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir, 2 övladı var. 

03.10.2022