Bəhruz Məmmədzadə

about1

Məmmədzadə Bəhruz Qasım oğlu

1981-ci il iyunun 1 də Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 

1988-1999-cu illərdə Sığıncaq kənd orta məktəbində təhsil alıb.

1999-cu ildə hərbi xidmətə yola düşüb. N saylı hərbi hissənin tərkibində ön cəbhədə xidmət keçib.

2003-2021-ci Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub.

44 günlük Vətən Müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib. Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb.

Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib.

2021-ci ildən ehtiyatda olan hərbi qulluqçudur.

“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavinidir.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

03.10.2022