Müşfiq Ələsgərli
1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub[1].
1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib.
1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub.
1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir.
2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir.
Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il və 3 iyun 2013-cü il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, üç övladı var.